Bank Of Baku

«AGLeasing» şirkətinin lizinq müqavilələrinin sayını 9% artırıb

«AGLeasing» şirkətinin lizinq müqavilələrinin sayını 9% artırıb
# 08 oktyabr 2009 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 11,079 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7% azdır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin bağladığı lizinq müqavilələrinin sayı 9% artaraq 133-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 10,7% azalaraq 10,633 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində şirkətin nizamnamə kapitalı sabit qalaraq 1 mln. manat təşkil edib.

Lizinq portfelinin strukturunda isə tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edir.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «AGBank», Böyük Britaniyanın «Hyperion İnvestments» və ABŞ-ın «Delta Trans Group» şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR