Bank Of Baku

BVF: Bu il Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artım 1,5% olacaq

BVF: Bu il Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artım 1,5% olacaq
# 08 oktyabr 2009 13:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artım tempi 1,5% təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı daimi nümayəndəsi Koba Qvenetadze BVF-nin 2009-cu ilin sonunadək dövrü əhatə edən yenilənmiş hesabatına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, maliyyə böhranı regionda əsasən enerji ixrac edən ölkələr, xüsusən də Qazaxıstana təsir göstərib: «Buna baxmayaraq, cari ilin yekununda regionda iqtisadi artım tempinin 1,5% olacağı proqnozlaşdırılır ki, artım daha çox ixracatçı ölkələrdə müşahidə olunacaq, Qazaxıstan istisna olmaqla. Belə ki, bu ölkənin iqtisadiyyatı 2009-cu ildə 2% azalacaq».

K.Qvenetadze bildirib ki, enerji ixracatçıları sırasına regionda Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistan, idxalçılar sırasına isə Ermənistan, Gürcüstan, Tacikistan və Qırğızıstan daxildir: «İdxalçı ölkələr sırasında 2009-cu ildə ən mənfi iqtisadi inkişaf göstəricisi Ermənistanda müşahidə olunacaq».

Bundan başqa, BVF rəsmisi bildirib ki, 2010-cu ildə dünyada neft və təbii qaza tələbat artacaq və nəticədə, neft və qaz ixracatçısı olan ölkələr bundan bəhrələnəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR