Bank Of Baku

«Nikoil» bankı AYİB-in texnologiyaları ilə fəaliyyət göstərən filial açacaq

«Nikoil» bankı AYİB-in texnologiyaları ilə fəaliyyət göstərən filial açacaq
# 08 oktyabr 2009 13:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Nikoil» İnvestisiya Kommersiya Bankı 1-2 illik qısamüddətli kreditlərin cəlb edilməsi üçün BƏƏ, ABŞ, Almaniya, Bəhreyn və İranın bir sıra maliyyə qurumları ilə danışıqlar aparır. Bankın Bakıda yerləşən baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bunu bankın İdarə Heyətinin sədri Vasili Xamaza bildirib.

V.Xamazanın sözlərinə görə, ilin sonunadək bank 100 mln. avroya yaxın həcmdə xarici kreditlər cəlb etmək niyyətindədir. Bu vəsaitlərin bir hissəsi Azərbaycanda mikrokreditləşmənin artırılmasına və böhran zamanı özünü çox yaxşı göstərmiş Avropa Yenidənqurma və İnkişaf Bankının texnologiyaları əsasında kreditlərin verilməsinə sərf ediləcək. Bu məqsədlərlə bank Lökbatan qəsəbəsində yerləşən «Binə» Ticarət Mərkəzində ixtisaslaşmış filial açmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR