Bank Of Baku

BVF: Bu il dünya iqtisadiyyatı 1% azalacaq

BVF: Bu il dünya iqtisadiyyatı 1% azalacaq
# 08 oktyabr 2009 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yekunlarına görə dünya iqtisadiyyatının səviyyəsi 1% azalacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı daimi nümayəndəsi Koba Qvenetadze Fondun yenilənmiş hesabatını təqdim edərkən bildirib.

BVF rəsmisi bildirib ki, 2009-cu ildə dünya iqtisadiyyatının 1% azalmasına baxmayaraq, 2010-cu ildə dünya üzrə ÜDM-in artım tempi 3% təşkil edəcək: «Gələn il həmçinin dünyada işsizliyin səviyyəsi də artacaq. Ümumiyyətlə, dünya iqtisadiyyatının maliyyə böhranından çıxması prosesi zəif gedir. Bu da onu göstərir ki, gələcəkdə kreditlərin verilməsi siyasəti vacib olacaq».

K.Qvenetadze onu da qeyd edib ki, maliyyə böhranı dövründə bir çox ölkədə fiskal balans pisləşib. Bu da birbaşa olaraq həmin ölkələrin büdcə xərclərinin artması ilə əlaqədardır: «Bunun nəticəsində, gələn il həmin ölkələrin xarici dövlət borclarının artacağı proqnozlaşdırılır».

Proqnoza əsasən, xarici borc 2008-ci ildəki 80%-dən 2014-cü ildə 110%-dək artacaq.

Hesabatda həmçinin qeyd olunub ki, 2010-cu ildə həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrdə iqtisadi artım normallaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR