Bank Of Baku

«Bakı Sığorta»nın daxilolmaları 64% azalıb

«Bakı Sığorta»nın daxilolmaları 64% azalıb
# 08 oktyabr 2009 15:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkətinin 2009-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 2,735 mln. manat təşkil edib ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 63,6% azdır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 71% artaraq 991,154 min manata çatıb.

Cari ilin yanvar-sentyabr aylarında ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (1,707 mln. manat), «Tibbi sığorta» (354,900 min manat) və icbari sığorta (327,453 min manat) növləri üzrə toplanılıb. Bu növlərin şirkətin məcmu daxilolmalarındakı payı müvafiq olaraq 62,4%, 13% və 12% təşkil edib.

Xatırladaq ki, əsas təsisçisi «Bank Respublika» (51%) olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqust ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,5 mln. manat təşkil edib. Şirkət 26 sığorta növü xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR