Bank Of Baku

Dünyanın ən iri valyuta treyderi dolların məzənnəsi üzrə proqnozunu azaldıb

Dünyanın ən iri valyuta treyderi dolların məzənnəsi üzrə proqnozunu azaldıb
# 09 oktyabr 2009 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyanın ən iri valyuta treyderi olan «Deutsche Bank» dolların avroya qarşı olan məzənnəsini gələn ilin birinci rübündə 1,55 dollar, gələn ilin sonunda isə 1,4 dollar səviyyəsində proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bankın əvvəlki proqnozuna əsasən, dolların məzənnəsinin gələn ilin sonuna kimi 1,15 dollar səviyyəsinə çatacağı gözlənilirdi.

Proqnozun pisləşməsi ilk növbədə ABŞ-da faiz dərəcələrinin digər ölkələrdən daha aşağı səviyyədə saxlanması ehtimalları ilə bağlıdır. Qeyd edək ki, «Deutsche Bank»ın hazırkı proqnozu valyuta bazarının digər iri iştirakçıları və ekspertlərin proqnozları ilə əvvəlkinə nisbətən daha yaxındır. Belə ki, «Bloomberg» agentliyinin məlumatına görə, hazırda dolların gələn ilin sonuna məzənnəsi üzrə ekspertlərin orta proqnozu 1,42 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR