Bank Of Baku

Azərbaycan hökuməti Vergi Məcəlləsinə əlavələrlə bağlı bəzi qərarlarına dəyişikliklər edib

Azərbaycan hökuməti Vergi Məcəlləsinə əlavələrlə bağlı bəzi qərarlarına dəyişikliklər edib
# 09 oktyabr 2009 07:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti Vergi Məcəlləsinə əlavələr və dəyişikliklərlə bağlı bəzi qərarlarında dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliklər əsasən redaktə xarakteri daşıyıb. Nazirlər Kabinetinin qərarı ilə «Azərenerji» SC-nin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası»nda, «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»nda, «Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır dərəcə ilə tutulması Qaydaları»nda, «Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nda və «Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»da dəyişikliklər edilib.

Dəyişikliklər 2010-cu il yanvarın 1-dən qüvvəyə minəcək elektron vergi-hesab fakturalarının tətbiqi ilə əlaqədar müvafiq qanunvericiliyi bu prosesə uyğunlaşdırmaq məqsədi daşıyır. Adıçəkilən sənədlər üzrə vergi-hesab fakturaları elektron vergi-hesab fakturaları sözləri ilə əvəzlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR