Bank Of Baku

Rusiya Baş Prokurorluğu artıq verilmiş kreditlər üzrə dərəcələrin artırılmasını qanunsuz elan edib

Rusiya Baş Prokurorluğu artıq verilmiş kreditlər üzrə dərəcələrin artırılmasını qanunsuz elan edib
# 09 oktyabr 2009 09:15 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya Baş Prokurorluğu artıq verilmiş kreditlər üzrə dərəcələrin artırılmasını qanunsuz elan edib.
APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Banklar Assosiasiyasına (RBA) göndərilən cavab məktubunda bildirilir.
Qeyd edək ki, ötən ay RBA regional prokurorlardan Baş Prokurorluğa şikayət edərək, bankların fiziki şəxslərlə müqaviləsində göstərilən “Borcalan üçün kredit dərəcələrinin dəyişdirilməsinin mümkünlüyü” bəndinin qanunsuz sayılmasına etirazını bildirmişdi. Baş Prokurorluğun cavab məktubunda isə bildirilir ki, “Banklar və bank fəaliyyəti haqqında” qanun, eləcə də Konstitusiya Məhkəməsinin müvafiq qərarı banklara bu hüququ vermir.
Əlavə edək ki, qlobal maliyyə şəraitində Rusiyanın bir çox bankları vəziyyətdən çıxış yolu kimi artıq verilmiş kreditlər üzrə dərəcələri qaldırıb. Bu isə vaxtı keçmiş borcların syını artırıb. Baş Prokurorluğun qərarından sonra banklarda prokurorluq yoxlamalarının sayının artacağı istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR