Bank Of Baku

«Qarant Sığorta» bazara yeni sığorta məhsulu təqdim edib

«Qarant Sığorta» bazara yeni sığorta məhsulu təqdim edib
# 09 oktyabr 2009 09:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti avtomobil sığortası ilə bağlı fərdi müştərilər üçün bazara yeni «Qarant Avto» adlı məhsul təqdim edib. «APA-Economics»in məlumatına görə, yeni məhsulun təqdimatı ilə bağlı bu gün şirkətin baş ofisində mətbuat konfransı keçirilib.

Tədbirdə iştirak edən şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov bu sığorta növünün tətbiqinin Azərbaycan sığorta bazarında yenilik olduğunu bildirib.

V.Həsənovun sözlərinə görə, bu sığorta növü üzrə istənilən müştəri öz avtomobilini bütün risklərdən yarı qiymətə sığortalaya bilər: «Bundan sonra sığorta zamanı müştəri sığorta mükafatının yalnız 50%-ni ödəyir, qalan hissəsi isə sığorta hadisəsi üzrə sığorta ödənişi zamanı ödənilir».

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR