Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Gələn il dünyada inflyasiya yüksələcək

Beynəlxalq Valyuta Fondu: Gələn il dünyada inflyasiya yüksələcək
# 09 oktyabr 2009 09:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il dünya üzrə inflyasiyanın səviyyəsinin artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, hazırda dünyada istehlak mallarına tələbatın azalması nəticəsində inflyasiyanın səviyyəsi bir çox ölkələrdə düşüb. Lakin artıq 2010-cu ildə bu göstəricinin artması gözlənilir. Buna baxmayaraq, 2010-cu ildə həmçinin dünya iqtisadiyyatının normallaşması proqnozlaşdırılır.

Qeyd edək ki, bütün bunlara baxmayaraq, BVF-nin hesabatında 2010-cu ildə hələ də işsizlik səviyyəsinin yüksək olacağı göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR