Bank Of Baku

Azərbaycanda POS-terminalların sayı artıb

Azərbaycanda POS-terminalların sayı artıb
# 09 oktyabr 2009 09:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 2009-cu ilin sentyabr ayının 1-nə 8 481 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 204 terminal və ya 16,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, POS-terminalların 7 698-i və ya 91%-i Bakı şəhərində, qalanı isə digər şəhər və rayonlarda quraşdırılıb.

Cari ilin əvvəli ilə müqayisədə POS-terminalların sayı 357 ədəd və ya 4,4% artıb ki, bu artımın da əsas hissəsi (301 POS-terminal) Bakı şəhəri hesabına əldə olunub.

Ümumilikdə, ötən ilin sentyabrın 1-nə və cari ilin əvvəlinə Bakının payına POS-terminalların 91,1%-i düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR