Bank Of Baku

Vaqif Həsənov: «Həyat sığortası gəlirsiz olduğu üçün belə bir şirkətin yaradılmasına ehtiyac duyulmur»

Vaqif Həsənov: «Həyat sığortası gəlirsiz olduğu üçün belə bir şirkətin yaradılmasına ehtiyac duyulmur»
# 09 oktyabr 2009 10:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti yaxın bir neçə il ərzində «Həyat sığortası» ilə bağlı ixtisaslaşmış qurum təsis etməyəcək. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.

V.Həsənovun sözlərinə görə, Azərbaycanda bu sığorta növü gəlirsiz olduğu üçün belə bir şirkətin yaradılmasına ehtiyac duyulmur.

Qeyd edək ki, Azərbaycanda həyat sığortası üzrə yalnız «Atəşgah Həyat Sığorta Şirkəti» xidmət göstərir.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Şirkət bu ilin yanvar-sentyabr ayları ərzində 3,5 mln. manat həcmində sığorta haqları toplayıb. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR