Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, manatla hüquqi şəxslər üzrə orta faiz dərəcələri 3,52 faiz bəndi azalaraq 12,48%, fiziki şəxslər üzrə isə 0,57 faiz bəndi azalaraq 20,68% təşkil edib:
| Kreditlərə görə orta | Hüquqi şəxsalər üzrə | Fiziki şəxslər üzrə | |||
| Manatla | Xarici valyuta | Manatla | Xarici valyuta | Manatla | Xarici valyuta |
01.09.2008 | 18.22 | 14.67 | 16.00 | 11.92 | 21.25 | 21.40 |
01.01.2009 | 17.45 | 14.52 | 14.87 | 12.37 | 21.53 | 21.52 |
01.09.2009 | 14.86 | 15.48 | 12.48 | 12.71 | 20.68 | 21.76 |
Göründüyü kimi, xarici valyutada verilən kreditlər üzrə faiz dərəcələri manat kreditlərindən fərqli olaraq bir qədər bahalaşıb. Nəticədə, hazırda valyuta kreditləri manat kreditlərindən orta hesabla 0,62 faiz bəndi bahadır. Buna əsas səbəb kimi manatın dollara və avroya qarşı tədricən möhkəmlənməsini göstərmək olar. Həmin səbəb valyuta kreditlərinin bahalaşmasına da aiddir, çünki valyuta kreditləri əsasən məhz dollar və ya avro ilə verilir. Belə ki, sentyabrın 1-nə il ərzində manat dollara qarşı 1,24%, avroya qarşı isə 3,15% möhkəmlənib. Nəticədə, valyuta kreditləri üzrə faiz dərəcələrini artırmaqla banklar özlərini valyuta risklərindən sığortayır.