Bank Of Baku

Rusiyanın dövlət büdcəsinə vergi daxilolmaları 32% azalıb

Rusiyanın dövlət büdcəsinə vergi daxilolmaları 32% azalıb
# 09 oktyabr 2009 11:10 (UTC +04:00)
Bakı – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Rusiya Federasiyasının dövlət büdcəsinə vergi daxilolmaları 2,195 trln. rubl təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% azdır.
APA-Economics”in Rusiya Federal Vergi Xidmətinə istinadən xəbərinə görə, ən çox azalma təşkilatların mənfəətindən vergidə qeydə alınıb – 4,2 dəfə. Cari ilin göstərilən dövründə təşkilatların mənfəətindən vergi daxilolmaları 143 mlrd. rubla düşüb.
Maraqlıdır ki, ötən müddət ərzində əlavə dəyər vergisindən daxilolmalar 11,1% artaraq 889 mlrd. rubl təşkil edib.
Mütəxəssislərin fikrincə, vergi daxilolmalarının azalması qlobal iqtisadi böhran və bunun nəticəsi olaraq işgüzar fəallığın azalması, korporativ gəlirlərin aşağı düşməsi ilə əlaqədardır. Bununla yanaşı, federal büdcəyə gömrük daxilolmalarının da azalması gözlənilir. Rusiya Federal Gömrük Xidmətinin hazırkı proqnozu 500 mlrd. rubldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR