Bank Of Baku

«AzSığorta» şirkətinin yeni rəhbərliyi attestasiyadan müvəffəqiyyətlə keçib

«AzSığorta» şirkətinin yeni rəhbərliyi attestasiyadan müvəffəqiyyətlə keçib
# 09 oktyabr 2009 12:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün keçirilən sonuncu imtahanın nəticələrini açıqlayıb.

Maliyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 5 nəfərdən 4-ü təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab verərək attestasiyadan müvəffəqiyyətlə keçib. Bu, Əli Hüseynov («AzSığorta» şirkətinin İdarə Heyətinin sədri), Fuad Sadıqov və Mansur Sadıqov («AzSığorta» şirkətinin İdarə Heyətinin üzvləri) və Mehman Əliyevdir («Bakı Sığorta» şirkətinin İdarə Heyətinin üzvü).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR