Bank Of Baku

«Qarant Sığorta» gələn həftə yeni regional filial istifadəyə verəcək

«Qarant Sığorta» gələn həftə yeni regional filial istifadəyə verəcək
# 09 oktyabr 2009 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkətinin Şəki filialı növbəti həftədən etibarən fəaliyyətə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.

V.Həsənovun sözlərinə görə, Şəki filialından başqa, cari ilin sonunadək şirkətin Bakıda iki yeni filialı istifadəyə veriləcək: «Ümumiyyətlə, şirkətin strateji planına uyğun olaraq, növbəti illər ərzində ölkənin hər regionunda nümayəndəliyin açılması nəzərdə tutulub».

Qeyd edək ki, hazırda şirkətin Gəncə filialı mövcuddur.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR