Bank Of Baku

Bakıda II Beynəlxalq Bank Konfransı keçiriləcək

Bakıda II Beynəlxalq Bank Konfransı keçiriləcək
# 09 oktyabr 2009 14:11 (UTC +04:00)
Bakı – APA-Economics. Bu il oktyabrın 13-15-də Bakıda “MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi” mövzusunda II Beynəlxalq Bank Konfransı keçiriləcək.

APA-Economics”in məlumatına görə, MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunmuş konfransın informasiya dəstəyi BNE (www.businessneweurope.eu) portalına məxsusdur. Tədbirin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.

Konfransda MDB İcraiyyə Komitəsinin sədri S.Lebedev, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri E.Rüstəmov, Rusiya Mərkəzi Bankı İdarə Heyətinin sədr müavini A.Ulyukaev, MDB Maliyyə-Bank Şurasının Koordinasiya Şurasının sədri A.Kazakov, MDB Maliyyə-Bank Şurasının prezidenti A.Kostin, Qazaxıstan Mərkəzi Bankının sədri Q.Marçenko, Azərbaycan Beynəlxalq bankının prezidenti C.Hacıyev, Qırğızıstan Mərkəzi Bankının sədri M.Alapaev, MDB Dövlətlərarası Bankının prezidenti İ.Suvorov, Beynəlxalq Bank Şurasının sədri A.Murıçev, Rusiya Banklar Assosiasiyasının icraçı vitse-prezidenti A.Milyukov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti E.İsmayılov və başqalarının çıxışı gözlənilir.

Tədbirdə MDB-nin milli bank sistemlərinin hazırkı vəziyyəti, bank sektorunda böhran təzahürlərinin aradan qaldırılmasında dövlət orqanlarının rolu, MDB ölkələrinin bank institutlarının kapitallaşmasının yüksəldilməsi perspektivləri, bank sistemini stabilləşdirmək yolları, dünya iqtisadiyyatının qloballaşması şəraitində milli fond bazarlarının yaradılması problemləri, regional maliyyə mərkəzlərinin fəaliyyətində beynəlxalq təcrübə, MDB üzvü olan ölkələrdə fond bazarlarının yaradılması və inkişaf etdirilməsi, kiçik və orta biznesin kreditləşdirilməsi kimi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, APA İnformasiya Agentliyi beynəlxalq konfransın təşkilatçıları tərəfindən tədbirin rəsmi informasiya tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR