Bank Of Baku

IFC «Bank Respublika»ya 20 mln. dollar məbləğində kredit ayırıb

IFC «Bank Respublika»ya 20 mln. dollar məbləğində kredit ayırıb
# 09 oktyabr 2009 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankına kredit ayırıb.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, kredit xətti Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi (SME Lending) proqramı üzrə ayrılıb. Kredit 5 il müddətinə təqdim olunub, kreditin həcmi isə 20 mln. ABŞ dolları təşkil edir.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın kapitalında «25%+1 səhm» iştirak payı alıb.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu günədək IFC ölkədə 40 layihəyə öz vəsaitlərindən 300 mln. dollardan artıq və sindikatlaşdırılmış kredit şəklində 104 mln. dollar həcmində vəsait yönəldib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR