Bank Of Baku

Azərbaycanın «FinansLizinq» şirkəti gələn həftə yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

Azərbaycanın «FinansLizinq» şirkəti gələn həftə yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 10 oktyabr 2009 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 12-dən Bakı Fond Birjasında (BFB) «FinansLizinq» ASC-nin faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, artıq BFB-nın qeyri-kotirovka vərəqəsinə daxil edilmiş istiqrazların ümumi sayı 1 200 ədəd, nominal dəyəri 500 manat, emissiyanın həcmi isə 600 min manat təşkil edir. İstiqrazların tədavül müddəti 1 080 gün, faiz ödəniş dövrünün müddəti 30 gün, istiqrazlar üzrə illik gəlirlik isə 20% təşkil edir. İstiqrazların yerləşdirilməsində anderrayter rolunda «Respublika Invest» MMC çıxış edəcək.

Qeyd edək ki, «FinansLizinq» ASC 2007-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 1,2 mln. manat təşkil edir. Şirkətin səhmdarları sırasında hüquqi şəxs yoxdur.

Xatırladaq ki, «FinansLizinq» ASC fəaliyyət göstərdiyi müddət ərzində artıq üçüncü istiqraz emissiyasını həyata keçirir. İlk iki emissiyanın həcmi də 600 min manat təşkil edib ki, onlardan birincisi 2009-cu ilin iyun ayında ödənilib, ikinci buraxılışın ödənilməsi isə cari ilin noyabr ayında gözlənilir.

Şirkətin Müşahidə Şurasına Zakir Zeynalov (Müşahidə Şurasının sədri, emitentdən kənarda heç bir vəzifə tutmur), Mobil Şərifov (Müşahidə Şurasının üzvü, «ADA Group»un baş icraçı direktoru) və Zülfüqar Niftiyev (Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankı Quba filialının müdiri) daxildir. Emitentin İdarə Heyətinin sədri isə emitentdən kənarda heç bir vəzifə tutmayan Mikayıl Məmmədovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR