Bank Of Baku

ABŞ-ın məşhur geyim istehsalçısının mənfəəti kəskin azalıb

ABŞ-ın məşhur geyim istehsalçısının mənfəəti kəskin azalıb
# 10 oktyabr 2009 11:08 (UTC +04:00)
Vaşinqton - APA. ABŞ-ın məşhur geyim istehsalçısı olan «Levi Strauss&Co» şirkətinin xalis mənfəəti ötən rüb üzrə illik müqayisədə 41% azalaraq 41 mln. dollara çatıb. APA-nın məlumatına görə, şirkətin ümumi gəliri 1,04 mlrd. dollara bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% azdır. Maliyyə göstəricilərinin azalmasını şirkət dünya iqtisadiyyatında davam edən ümumi böhranla əlaqələndirir.

Qeyd edək ki, «Levi Strauss&Co» şirkəti 1853-cü ildə Bavariyalı immiqrant Levi Ştrauss tərəfindən təsis edilib. Təxminən 10 min işçisi olan şirkətin məhsulları dünyanın 110 ölkəsində satılır. Maraqlıdır ki, şirkətin səhmləri yalnız təsisçinin nəslinin nümayəndələrinə məxsusdur və fond birjalarında hərraclara çıxarılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR