Bank Of Baku

«Bank of Azerbaijan» elan etdiyi tenderlərin müddətini uzadıb

«Bank of Azerbaijan» elan etdiyi tenderlərin müddətini uzadıb
# 12 oktyabr 2009 06:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) maddi-texniki bazasının təkmilləşdirilməsi məqsədilə elan etdiyi tenderlərin müddətini uzadıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tenderlərdə iştirak üçün müraciətlərin qəbul müddəti bu ilin oktyabr ayının 16-dək uzadılıb.

Qeyd edək ki, elan olunmuş tenderlər mebel avadanlığının alınması, yanğından mühafizə siqnalizasiyası, video izləmə sistemi, keçid-buraxılış sistemi, elektron növbə sistemi, VRV çox zonal kondisioner sistemi, modul seyflər, şəbəkədaxili sistem və lift təminatı istiqamətləri üzrə elan edilib.

Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 19 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR