Bank Of Baku

«Deka Bank»ın mənfəəti son bir ildə 65% artırıb

«Deka Bank»ın mənfəəti son bir ildə 65% artırıb
# 12 oktyabr 2009 07:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Deka Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 31,828 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 25% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,4 dəfə genişlənərək 8,614 mln. manata, kredit portfeli 35,7% artaraq 26,440 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 9,426 mln. manata çatıb.

Həmçinin, bankın məcmu kapitalı 15% artaraq 12,043 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 9,594 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 77,7% artaraq 4,061 mln. manat, xərcləri isə 94% artaraq 1,953 mln. manat təşkil edib. Nəticədə, son bir ildə bankın mənfəəti 65% artaraq 2,108 mln. manat olub.

Xatırladaq ki, «Deka Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 6 filialı, 1 bankomatı və 13 POS-terminalı mövcuddur. Cari ilin oktyabr ayının 1-nə bankda 77 nəfər işçi çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR