Bank Of Baku

«Əmrahbank» xaricdən yeni kredit cəlb edib

«Əmrahbank» xaricdən yeni kredit cəlb edib
# 12 oktyabr 2009 08:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) Beynəlxalq İnkişaf Fondundan (OFİD) 2 mln. ABŞ dolları həcmində kredit cəlb edib. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədri Emil Məmmədov məlumat verib.

E.Məmmədovun sözlərinə görə, cəlb olunmuş vəsait Azərbaycanda ticarətin maliyyələşdirilməsinə sərf ediləcək. «Bu kreditin cəlb edilməsi ilə biz OFİD-lə əməkdaşlığa başlayırıq və ümid edirik ki, bu əməkdaşlıq inkişaf edəcək».

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 63,064 mln. manat, depozit portfeli 35,813 mln. manat, kredit portfeli 36,739 mln. manat, məcmu kapitalı 19,983 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR