«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:
Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,01% artaraq 0,8033 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,03 azalaraq 0,8033 manata bərabər olub:
Beləliklə, ötən həftə dollar üzrə dövriyyənin kəskin artımı və buna paralel olaraq məzənnə sabitliyi müşahidə olunub. Qeyd edək ki, dolların birja və rəsmi məzənnələrinin tam uyğunluğu son zamanlar artıq Azərbaycanın valyuta bazarının xüsusiyyətinə çevrilib. Bu, valyuta məzənnəsinin Mərkəzi Bank tərəfindən nəzarət edilməsi göstəricisi kimi qəbul edilə bilər ki, bu də öz növbəsində böhran şəraitində makroiqtisadi sabitliyin zəruri komponentidir.
Ötən həftə ərzində avronun rəsmi məzənnəsi 0,6% artaraq həftənin son gününə 1,1826 manat təşkil edib: