Bank Of Baku

«AIG Caspian İnsurance» şirkəti son bir ildə daxilolmalarını 12% artırıb

«AIG Caspian İnsurance» şirkəti son bir ildə daxilolmalarını 12% artırıb
# 12 oktyabr 2009 10:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AİG Caspian İnsurance» Azərbaycan-ABŞ sığorta şirkətinin 2009-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,410 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,3% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 3,4 dəfə artaraq 547,266 min manata çatıb.

Sığorta daxilolmalarının strukturunda ən çox sığorta haqqı «Ümumi mülki məsuliyyətin sığortası» (825,842 min manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (628 min manat) növləri üzrə toplanıb. Bu sığorta növləri məcmu sığorta daxilolmalarının müvafiq olaraq 58,6% və 44,5%-ni təşkil edib.

Qeyd edək ki, ödənişlərdə isə daha çox vəsait «Əmlakın yanğından və digər risklərdən sığortası» (438,455 min manat) növünün payına düşüb. Ümumi ödənişlərdə bu növün payı 80,1% olub.

Xatırladaq ki, «AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda «Caravan İnvestment» (51%) və ABŞ-ın «American International Group İnc.» (49%) şirkətləri çıxış edir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR