Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycana 200 mln. dollar ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycana 200 mln. dollar ayıracaq
# 12 oktyabr 2009 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində layihələrin maliyyələşdirilməsinə ən azı 200 mln. ABŞ dolları ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin başçısı Frensis Deley bildirib.

Onun sözlərinə görə, vəsaitin ayrılması üçün AYİB və Azərbaycan hökuməti arasında müvafiq sazişlər imzalanacaq: «Ümumilikdə, bu il ərzində AYİB-in Azərbaycana ayıracağı vəsaitin həcmi 200 mln. dollar civarında olacaq ki, gələn il də Bank Azərbaycana ən azı 200 mln. dollar vəsait ayıracaq».

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,5 mlrd. dolları olan 110 layihəni maliyyələşdirib. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR