Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycanın maliyyə sektorunda yeni layihələr maliyyələşdirəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı gələn il Azərbaycanın maliyyə sektorunda yeni layihələr maliyyələşdirəcək
# 12 oktyabr 2009 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın maliyyə sektorunda bir sıra yeni layihəni maliyyələşdirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin başçısı Frensis Deley bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə AYİB Azərbaycanın maliyyə sektorunda 10 maliyyə layihəsini maliyyələşdirmək fikrindədir: «Bundan başqa, biz yeni bir iri korporativ layihənin həyata keçirilməsində iştirak edəcəyik».

F.Deley onu da bildirib ki, hazırda Azərbaycan üzrə AYİB-in portfeli 911 mln. ABŞ dolları təşkil edir: «Bunun 50%-i enerji sektoruna, 25%-i maliyyə sektoruna, 20%-i infrastruktur, 5%-i isə korporativ sektora yönəldilib».

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1,5 mlrd. dollar məbləğində olan 110-a yaxın layihə həyata keçirib və bunların bir qismi hazırda reylizə olunmaqdadır. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR