Bank Of Baku

«Əmrahbank» Bəhreyn Beynəlxalq İnvestisiya Bankı ilə birgə fond yaradır

«Əmrahbank» Bəhreyn Beynəlxalq İnvestisiya Bankı ilə birgə fond yaradır
# 12 oktyabr 2009 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (BBİB) ilə əməkdaşlığı çərçivəsində maliyyə resursları üzrə fondun yaradılmasını planlaşdırır.

Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, belə bir fondun yaradılmasında məqsəd BBİB-in vasitəsi ilə cəlb edilən vəsaitlərin toplanaraq «Əmrahbank»a yönəldilməsidir: «Qeyd edim ki, hazırda bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılır. Belə ki, təsis olunması nəzərdə tutulan bu fondun hüquqi bazasının yaradılmasında hər iki tərəf maraqlıdır və bu istiqamətdə müəyyən işlər görülür», - deyə E.Məmmədov bildirib.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 63,064 mln. manat, depozit portfeli 35,813 mln. manat, kredit portfeli 36,739 mln. manat, məcmu kapitalı 19,983 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR