Bank Of Baku

Azərbaycanda böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunması ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunması ilə bağlı beynəlxalq konfrans keçiriləcək
# 12 oktyabr 2009 12:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabrın 16-17-də Bakıda «Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu» mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Auditorlar Palatasından məlumat verilib.

Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsi, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Hesablama Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə 15-dən çox xarici ölkənin və bir sıra beynəlxalq qurumun nümayəndələri iştirak edəcəklər.

İki gün davam edəcək konfransda şəffaflığın artırılması sahəsində mövcud problemlər və onların həlli yolları istiqamətində müzakirələrin aparılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR