Bank Of Baku

«Göyçay-Konyak Zavodu» nizamnamə kapitalını 67% artırır

«Göyçay-Konyak Zavodu» nizamnamə kapitalını 67% artırır
# 12 oktyabr 2009 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 12-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Göyçay-Konyak Zavodu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin yerləşdirilməsinə başlanılıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 441 802 ədəd, emissiyanın ümumi həcmi isə 883 604 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edir.

Birja mütəxəssislərinin fikrincə, «Göyçay-Konyak Zavodu»nun səhmlərinin yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə müəssisənin nizamnamə kapitalı 67,3% artaraq 1 058 198 manata çatacaq.

Qeyd edək ki, hazırda «Göyçay-Konyak Zavodu» ASC-nin səhmdarları sırasına 86 nəfər fiziki şəxs daxildir. Zavodun hazırkı nizamnamə kapitalı isə 616 396 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR