Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi aksiz markalarının hazırlanmasına dair tender keçirir

Azərbaycan Maliyyə Nazirliyi aksiz markalarının hazırlanmasına dair tender keçirir
# 13 oktyabr 2009 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi ölkədə istehsal edilən və ölkə ərazisinə idxal olunan markalanmalı məhsullara tətbiq olunan aksiz markalarının yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması məqsədilə tender elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderə əsasən, ölkədə istehsal olunan pivəyə tətbiq edilən 300 mln. ədəd, idxal olunan pivəyə tətbiq edilən 30 mln. ədəd, istehsal edilən alkoqollu içkilərə tətbiq edilən 30 mln. ədəd, Azərbaycana idxal olunan tütün məmulatlarına tətbiq edilən 2,1 mlrd. ədəd aksiz markaları çap olunmalıdır.

Tenderdə iştirak etmək istəyənlər 2 min manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar tender təkliflərini cari ilin noyabr ayının 23-dək təqdim etməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası noyabrın 24-də keçiriləcək.

Əlaqə telefonu: (+994 12) 404-46-94.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR