Bank Of Baku

«Nikoil» bankın aktivləri son bir ildə 35% azalıb

«Nikoil» bankın aktivləri son bir ildə 35% azalıb
# 13 oktyabr 2009 10:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 218,097 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 35,4% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 23,4% azalaraq 55,422 mln. manat, kredit portfeli 5,2% azalaraq 142,870 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 5% azalaraq 68,465 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 3% azalaraq 28,998 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 22,5 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 42,3% artaraq 30,939 mln. manata, xərcləri isə 62,2% artaraq 30,171 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir ildə 4,1 dəfə azalaraq 0,763 mln. manat olub.

Xatırladaq ki, bank son bir ildə əlavə 1 filial açıb, həmçinin 8 bankomat quraşdırıb. Bundan başqa, bu dövr ərzində bankın POS-terminallarının sayı 23% azalaraq 47-yə, işçilərinin sayı isə 15,6% artaraq 297 nəfərə çatıb.

Təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» SİB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 22 bankomatı və 25 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR