Bank Of Baku

«AtaSığorta» şirkətinin daxilolmaları 2,18 mln. manata çatıb

«AtaSığorta» şirkətinin daxilolmaları 2,18 mln. manata çatıb
# 13 oktyabr 2009 10:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2009-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 2,179 mln. manata çatıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 406 min manat təşkil edib.

Şirkətdən bildirib ki, hesabat dövründə «AtaSığorta» şirkətinin ümumi gəlirləri 3,719 mln. manat, ümumi xərcləri 2,862 mln. manat olmaqla, balans mənfəəti 857 min manat təşkil edib. Nəticədə, mənfəət üzrə faktiki nəticə müvafiq proqnozu 44% üstələyib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR