Bank Of Baku

ABŞ iqtisadiyyatında geriləmə sona çatıb

ABŞ iqtisadiyyatında geriləmə sona çatıb
# 13 oktyabr 2009 10:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ iqtisadiyyatında geriləmə artıq sona çatıb və iqtisadi artım prosesi başlayıb. «APA-Economics» xəbər verdiyi kimi, ölkənin Milli Biznes İqtisadiyyatı Assosiasiyası tərəfindən keçirilən sorğuya əsasən, aparıcı iqtisadçıların 80%-i bu fikirdədir.

Assosiasiyanın apardığı tədqiqat göstərib ki, yerli iqtisadçıların əksəriyyəti geriləmənin başa çatmasına inansalar da, iqtisadiyyatın bərpası adətən kəskin azalmalardan sonra müşahidə olunan bərpa prosesindən daha ləng gedəcək.

Qeyd edək ki, Federal Ehtiyat Sisteminin başçısı Ben Bernanke hələ sentyabr ayında ABŞ-da iqtisadi geriləmənin sona çatdığını bəyan edib. Eyni zamanda, bir sıra iqtisadçı vacib bir məqama diqqət yetirir. Belə ki, ÜDM-in III rübdə artmağa başlaması yalnız iqtisadiyyatın təmin edilməmiş ucuz pullarla doldurulması ilə bağlıdır ki, bu stimullaşdırma dövlət tərəfindən dayandırılandan sonra iqtisadi fəallıq yenidən enə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR