Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu son 6 ildə aktivlərini 14 dəfə artırıb

Azərbaycan Dövlət Neft Fondu son 6 ildə aktivlərini 14 dəfə artırıb
# 13 oktyabr 2009 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son altı il ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri təxminən 14 dəfə artıb.

«APA-Economics»in məlumatına görə, 2003-cü ilin sonuna 815,6 mln. ABŞ dollarına bərabər olan ARDNF-in vəsaiti 2008-ci ilin sonuna 11 219,2 mln. dollar təşkil edib. Neft Fondu yaradılandan etibarən 2001-2008-ci illər ərzində fondun gəlirlərinin ümumi həcmi 20 000,5 mln. dollar təşkil edib ki, bu vəsaitin 19 218,7 mln. dolları fonda 2003-2008-ci illər ərzində daxil olub.

Bununla yanaşı, 2003-cü ilə nəzərən ARDNF-in mənfəət nefti və qazın satışı ilə bağlı daxilolmalarının həcmində artım müşahidə olunub. Belə ki, 2003-2008-ci illər ərzində Fondun mənfəət nefti və «mavi yanacağın» satışı ilə bağlı daxilolmalarının ümumi həcmi 18 096,6 mln. dollar təşkil edib.

Bundan başqa, son altı il ərzində ARDNF-in vəsaitlərinin idarə edilməsindən 439,2 mln. manat gəlir əldə edilib.

Ümumiyyətlə, hesabat dövründə Fondun 6 951,8 mln. manat və yaxud 8 247,8 mln. dollar məbləğində vəsaiti ölkənin sosial-iqtisadi problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsi üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Xatırladaq ki, ARDNF 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR