Bank Of Baku

«Əmrahbank» son bir ildə istehlak kreditləri portfelini 10% genişləndirib

«Əmrahbank» son bir ildə istehlak kreditləri portfelini 10% genişləndirib
# 13 oktyabr 2009 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 63,094 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində bankın depozit portfeli 1,2% azalaraq 35,740 mln. manata, kredit portfeli 25% azalaraq 36,702 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi isə 9,5% artaraq 21,780 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 6,9% azalaraq 20,365 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,821 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 9,129 mln. manata, xərcləri isə 42% artaraq 7,548 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti 55% azalaraq 1,581 mln. manat təşkil edib.

Bundan başqa, hesabat dövründə bank tərəfindən əlavə 3 bankomat və 4 POS-terminal quraşdırılıb. Bu dövr ərzində bankın işçilərinin sayı 5,6% artaraq 339 nəfərə, orta aylıq əmək haqqı isə 51,4% artaraq 530 manata çatıb.

Xatırladaq ki, təsisçisi 5 yeli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 14 bankomatı və 46 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR