Bank Of Baku

Son 5 ildə Azərbaycanda səhm ticarətinin həcmi 18 dəfə artıb

Son 5 ildə Azərbaycanda səhm ticarətinin həcmi 18 dəfə artıb
# 13 oktyabr 2009 13:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda səhm ticarətinin ümumi həcmi 18,2 dəfə artaraq 1 662,4 mln. manat təşkil edib.

«APA-Economics»in məlumatına görə, ilkin bazarda səhm ticarətinin həcmi 2003-2008-ci illər ərzində 33,5 dəfə, təkrar bazarda isə 4,1 dəfə artıb.

Bundan başqa, 2003-cü illə müqayisədə 2008-ci ildə borc qiymətli kağızları ilə aparılan ticarət əməliyyatlarının həcmi 81,2 dəfə artaraq 9 434,2 mln. manat təşkil edib.

Ötən il dövlət qiymətli kağızları ilə aparılan əməliyyatların həcmi isə 9 307,2 mln. manat təşkil edib ki, bu da 2003-cü ildəkindən 88,6 dəfə çoxdur. Həmçinin, 2008-ci ildə dövlət qiymətli kağızları üzrə ilkin bazarın həcmi 2 932,7 mln. manat olub ki, son 5 ildə bu göstərici 29,6 dəfə artıb. Dövlət qiymətli kağızları üzrə təkrar bazarın həcmi isə hesabat dövründə 1 224 dəfə artıb və 2008-ci ildə 7 342,8 mln. manat təşkil edib. Dövlət qiymətli kağızları üzrə təkrar bazarın dəfələrlə artımasına Mərkəzi Bankın notları ilə repo və əks-repo əməliyyatları səbəb olub.

Qeyd edək ki, son 5 il ərzində korporativ borc alətlərinin də həcmi əhəmiyyətli dərəcədə artaraq 11,2 mln. manatdan 127 mln. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR