Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» mənfəəti son bir ildə 12% azalıb

«YapıKredi Bank Azerbaijan» mənfəəti son bir ildə 12% azalıb
# 13 oktyabr 2009 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2009-cu ilin oktyabr ayının 1-nə 138,469 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-i ilə müqayisədə 27,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 26% azalaraq 49,801 mln. manat, kredit portfeli 2,1 dəfə artaraq 28,057 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 47,2% artaraq 4,374 mln. manat olub. Bankın məcmu kapitalı 92,3% artaraq 42,473 mln. manat, o cümlədən nizamnamə kapitalı 4,3 dəfə artaraq 27,209 mln. manat təşkil edib.

Qeyd edək ki, bankın gəlirləri ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 48% artaraq 28,048 mln. manata, xərcləri isə 66,7% artaraq 24,166 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 11,7% azalaraq 3,931 mln. manat, xalis mənfəəti isə 13,5% artaraq 3,382 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank əlavə 1 filial açıb, 1 bankomat və 27 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın işçilərinin sayı 18,6% artaraq 115 nəfərə, orta aylıq əmək haqqı isə 14,2% artaraq 1 443 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 4 filialı, 14 bankomatı və 66 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR