Bank Of Baku

«Azərqarant» sığorta şirkəti nizamnamə kapitalını artırır

«Azərqarant» sığorta şirkəti nizamnamə kapitalını artırır
# 13 oktyabr 2009 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkəti 2009-cu ilin sonuna kimi nizamnamə kapitalını 18% artıraraq 2 mln. manata çatdıracaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.

Ş.Hüseynovun sözlərinə görə, yaxın günlərdə emissiya prospektinin qeydiyyata alınması üçün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət olunacaq. Nizamnamə kapitalının tam ödənilməsi prosesi isə noyabr ayı ərzində başa çatdırılacaq. Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edir.

Xatırladaq ki, Maliyyə Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin kapitalına qarşı tətbiq olunan minimal tələbnamə 2010-cu ilin yanvar ayının 1-nə 2 mln. manat, 2011-ci ilin yanvarın 1-nə 3,5 mln. manat, 2012-ci ilin yanvarın 1-nə isə 5 mln. manat məbləğində müəyyənləşdirilib. Təkrarsığorta şirkətləri üçün bu tələb 2 dəfə çoxdur.

Qeyd edək ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Şirkətin 2008-ci il ərzində topladığı sığorta haqlarının həcmi 1,059 mln. manat, ödənişləri isə 139,150 min manat təşkil edib.

Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR