Bank Of Baku

Bakıda «Çin qloballaşan dünya iqtisadiyyatında» adlı kitabın təqdimatı keçirilib

Bakıda «Çin qloballaşan dünya iqtisadiyyatında» adlı kitabın təqdimatı keçirilib
# 14 oktyabr 2009 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin «Çin qloballaşan dünya iqtisadiyyatında» adlı kitabının təqdimatı keçirilib. «APA-Economics»in bildirdiyinə görə, təqdimat mərasimində millət vəkilləri, ictimaiyyət nümayəndələri, iqtisadçılar iştirak edib.

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bu kitabın Z.Səmədzadənin Çin Xalq Respublikası iqtisadiyyatı ilə bağlı apardığı uzunmüddətli araşdırmalar nəticəsində hazırlandığını bildirib. Ə.Əhmədov kitabın Çin iqtisadiyyatının öyrənilməsi üçün vacib ədəbiyyatlardan biri olduğunu qeyd edib.

Tədbirdə çıxış edənlər Çin iqtisadiyyatının dünya iqtisadiyyatına təsirindən danışıb və kitabda Azərbaycan üçün təcrübə baxımından maraqlı məqamların olduğunu vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR