Bank Of Baku

Azərbaycanda regional maliyyə mərkəzi yaradıla bilər

Azərbaycanda regional maliyyə mərkəzi yaradıla bilər
# 14 oktyabr 2009 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda regional beynəlxalq maliyyə mərkəzinin yaradılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan «MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi» mövzusunda II Beynəlxalq Bank Konfransında çıxış edən MDB Maliyyə-Bank Şurasının vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, belə mərkəzlərin MDB ölkələrinin bir neçəsində yaradılması nəzərdə tutulub ki, bunlardan biri Bakıda təşkil oluna bilər: «Regional beynəlxalq maliyyə mərkəzinin Bakıda açılmasına dair hələ konkret bir plan olmasa da, ümid edirəm ki, gələcəkdə belə mərkəzin Azərbaycan paytaxtında təşkili mümkündür. Belə ki, Azərbaycanın bank sistemi MDB ölkələrində aktiv işləyən sistemlərdən biridir».

Qeyd edək ki, analoji mərkəzlərin Almatı (Qazaxıstan) və Moskva (Rusiya) şəhərlərində də təşkili nəzərdə tutulub. Mərkəzlərin yaradılmasının əsas məqsədi maliyyə vəsaiti, əsasən də Şərq regionundan vəsaitlərinin cəlb edilməsindən ibarət olacaq.

Xatırladaq ki, MDB Maliyyə-Bank Şurası tərəfindən təşkil olunmuş konfransın (14-15 oktyabr) informasiya dəstəyi BNE (www.businessneweurope.eu) portalına məxsusdur.

Qeyd edək ki, APA İnformasiya Agentliyi (www.apa.az) beynəlxalq konfransın təşkilatçıları tərəfindən tədbirin rəsmi informasiya tərəfdaşı seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR