Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığının tətbiqinə hazırlaşır

Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığının tətbiqinə hazırlaşır
# 14 oktyabr 2009 11:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) yaxın perspektivdə İslam bankçılığı prinsiplərinə əsaslanan xidmətlərin göstərilməsinə başlamaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, qlobal iqtisadi böhran şəraitində İslam bankıçılığına maraq artmaqdadır: «Hazırda postsovet ölkələrində tam bu prinsip üzrə fəaliyyət göstərən bank yoxdur. Hətta Rusiyada indiyədək bu prisinplər əsasında fəaliyyət göstərən bank mövcud deyil».

C.Hacıyev bildirib ki, hazırda bu istiqamətdə Qətər Maliyyə Mərkəzi ilə danışıqlar aparılır:
«Burada bizim əsas məqsədimiz İslam bakçılığını Azərbaycana gətirərək həmin xidmətləri müştərilərə təqdim etməkdir».

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 37 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR