Bank Of Baku

Azərbaycan hökuməti Avropa Qonşuluq Siyasəti çərçivəsində dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmini təsdiq edib

Azərbaycan hökuməti Avropa Qonşuluq Siyasəti çərçivəsində dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmini təsdiq edib
# 14 oktyabr 2009 11:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycanın dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmi»ni təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Sənəddə vəsaitlərin ayrılması qaydaları və şərtləri, hesabat və nəzarət məsələləri göstərilib. Sənədə əsasən, Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə benefisiar təşkilatlar və Avropa Komissiyası tərəfindən Azərbaycanın dövlət büdcəsinə köçürüləcək vəsaitlərin həcmi Azərbaycan hökuməti ilə Avropa Komissiyası arasında imzalanan maliyyələşdirmə sazişlərində müəyyən edilir.

Maliyyələşdirmə Sazişi təsdiq edildikdən sonra ayrılan qrant vəsaitlərinin proqramların məqsədlərinə istifadəsi üçün köçürülməsi barədə İqtisadi İnkişaf Nazirliyi və benefisiar təşkilatlar arasında müqavilələr bağlanılır. Avropa Komissiyasının hər bir köçürmə üzrə ayırdığı vəsaitlərin məbləğləri və həyata keçiriləcək hər bir proqram üzrə ayrılmış vəsaitlərin istifadə qrafikləri İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanaraq növbəti ilin dövlət büdcəsində nəzərə alınması üçün Maliyyə Nazirliyinə təqdim olunur. Qaydalara əsasən, İqtisadi İnkişaf Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdıraraq rübdə bir dəfə Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasına təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR