Bank Of Baku

VTB (Azerbaijan) bankı nizamnamə kapitalını artırır

VTB (Azerbaijan) bankı nizamnamə kapitalını artırır
# 14 oktyabr 2009 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Rusiyanın «VneşTorqBank»ının (VTB) törəmə təşkilatı olan VTB (Azerbaijan) bankı nizamnamə kapitalını üç dəfə artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə VTB-nın MDB ölkələri üzrə vitse-prezidenti Yevqeni Nemerinskiy bildirib.

Onun sözlərinə görə, hazırda VTB (Azerbaijan) bankının nizamnamə kapitalı 10 mln. manat təşkil edir ki, 2009-cu ilin sonunadək bank 20 mln. manat həcmində səhm emissiyasını həyata keçirəcək: «Gələcəkdə VTB (Azerbaijan) bankının nizamnamə kapitalının artırılması ölkənin bank sistemindəki mühitdən və inkişafından asılı olacaq».

Y.Nemerinskiy həmçinin bildirib ki, 2010-cu ildə VTB (Azerbaijan) Bakıda bir neçə şöbə və ya filial açmaq niyyətindədir. Hazırda Bankın Bakıda yalnız baş ofisi fəaliyyət göstərir ki, burada müştəri xidmətləri də göstərilir.

Xatırladaq ki, 2007-ci ildə VTB (Azərbaycan) bankı «AF-Bank» Səhmdar Kommersiya Baknının nizamnamə kapitalında 51% iştirak payı alıb. Bu ilin fevralında bankın adı VTB (Azərbaycan) Bankı ASC-yə dəyişdirilib. VTB-nin Azərbaycandakı biznesinin əsas istiqamətləri korporativ və pərakəndə bankçılığı əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR