Bank Of Baku

«NBCBank» yeni əmanət növü üzrə 1 mln. manatdan artıq vəsait cəlb edib

«NBCBank» yeni əmanət növü üzrə 1 mln. manatdan artıq vəsait cəlb edib
# 14 oktyabr 2009 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) «Əmanət 007» yeni əmanət məhsulu üzrə cəlb etdiyi vəsaitlərin həcmi 1 mln. manatı ötüb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, portfelin dinamik artımı əmanətçilərin bu məhsula yüksək maraq göstərdiyini təsdiqləyir.

Qeyd edək ki, «Əmanət 007» adlanan yeni məhsul «NBCBank»ın müştərilərinin cari istəkləri və ehtiyaclarına əsasən yaradılıb. Bu məhsul müştəriyə illik 24,5% qazanc imkanı, həmçinin əmanətin məbləği müddətin yarısı ərzində artırılarsa, məbləğdən asılı olaraq əmanətin faiz dərəcəsini 2% və ya 4% artırmaq, əmanətin məbləğini azaltmaq və ən əsası, azaltma 37%-ə qədər olarsa əmanətin faizinin dəyişməməsi kimi imkanlar verir. Bundan başqa, əmanət məhsulunda müştərilərə 35 günədək kredit xətti, pulsuz plastik kart, səyahət sığortası və tibbi sığorta təklif olunur.

Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «RuziBank» kimi yaradılıb. Bankın brendi 2002-ci ildə dəyişdirilib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 44,527 mln. manat, depozit portfeli 15,642 mln. manat, kredit portfeli 35,083 mln. manat, məcmu kapitalı 16,533 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib. Bankın respublika üzrə 7 filialı, 8 mübadilə məntəqəsi, 5 bankomatı və 44 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR