Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı valyuta bazarına intervensiyanı azaldır

Azərbaycan Mərkəzi Bankı valyuta bazarına intervensiyanı azaldır
# 14 oktyabr 2009 13:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2009-cu ilin sonunadək daxili valyuta bazarında tarazlığın qorunacağını proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin baş direktoru Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, cari ilin iyul ayının sonundan etibarən və avqust-sentyabr aylarında Mərkəzi Bank daxili bazarda ABŞ dolları almağa başlayıb: «Qarşıdakı üç ay ərzində valyuta bazarının tarazlığının qorunacağı gözlənilir. Bu gün status-kvo olaraq ölkənin daxili valyuta bazarında təklif tələbi tam bağlayır və həmin təklifin formalaşmasında AMB deyil, əsasən bazar amilləri çıxış edir».

Azərbaycanda intervensiyanın hazırkı həcminə gəldikdə X.Abdullayev bildirib ki, valyuta bazarına müdaxilənin həcmi 1 mlrd. dollar səviyyəsindədir və qarşıdakı aylarda bu həcmin azalması ehtimalı var: «İntervensiyanın həcmi müxtəlif ssenarilər üzrə dəyişə bilər. Hər şey valyuta bazarı, tədiyyə balansı və neftin qiymətinin səviyyəsindən, həmçinin bankların xaricdən cəlb etdiyi vəsaitlərin miqyasından asılıdır».

AMB-nin baş direktoru onu da qeyd edib ki, satış üçün intervensiyanın iri həcmdə dəyişməsi gözlənilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR