Bank Of Baku

«Paşa Bank» fərdi müştərilərlə iş strategiyasını inkişaf etdirir

«Paşa Bank» fərdi müştərilərlə iş strategiyasını inkişaf etdirir
# 14 oktyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Açıq Səhmdar Cəmiyyəti fərdi müştərilərlə iş strategiyasını («Private Banking») inkişaf etdirir. «APA-Economics»in məlumatına görə, bunu «Paşa Bank»ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

Onun sözlərinə görə, hazırda «Private Banking» seqmentinin inkişaf etdirilməsi istiqamətində kompleks işlər aparılır ki, yaxın gələcəkdə bu proses tamamlanacaq: «Gələn il ərzində isə bu seqmenti aktivləşdirmək niyyətindəyik. Onu da deyə bilərəm ki, hazırda «Paşa Bank» artıq «Privat Banking» üzrə xidmətlər göstərməyə başlayıb».

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 246,967 mln. manat, depozit portfeli 113,438 mln. manat, kredit portfeli 76,563 mln. manat, məcmu kapitalı 113,438 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR