Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı xaricdən tikinti sektoruna iri həcmli kredit cəlb edir

Azərbaycan Beynəlxalq Bankı xaricdən tikinti sektoruna iri həcmli kredit cəlb edir
# 14 oktyabr 2009 13:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2009-cu ilin sonuna kimi ABŞ «Eximbank»ı və OPIC Korporasiyasından (Özəl Sektora Dəstək Dövlət Korporasiyası) ümumilikdə 100 mln. ABŞ dolları həcmində kredit cəlb edəcək.

ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq kreditin cəlb olunması ilə bağlı tərəflər arasında müvafiq saziş də imzalanıb. Belə ki, 12 il müddətinə cəlb ediləcək vəsait Azərbaycanda tikinti sektorunda yarımçıq qalmış binaların inşasının maliyyələşdirilməsinə sərf ediləcək.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 37 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR