Bank Of Baku

«Azərdəmiryolbank» gələn həftədən «DəmirBank» adı ilə fəaliyyət göstərəcək

«Azərdəmiryolbank» gələn həftədən «DəmirBank» adı ilə fəaliyyət göstərəcək
# 14 oktyabr 2009 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) növbəti həftədən etibarən «DəmirBank» brendi ilə fəaliyyət göstərəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib.

R.Əmircanovun sözlərinə görə, brendin dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər artıq Vergilər Nazirliyinə təqdim edilib və bu həftənin sonuna kimi proses tam yekunlaşacaq: «Növbəti həftədən isə bank yeni adla - «DəmirBank» kimi fəaliyyət göstərəcək».

Xatırladaq ki, 850-yə yaxın səhmdarı olan «Azərdəmiryolbank» SKB-nin nizamnamə kapitalında «25%+1 səhm» payı Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 215,4 mln. manat, kredit portfeli 163,5 mln. manat, depozit portfeli 60,187 mln. manat, məcmu kapitalı 39,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 29 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR