Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının baş direktoru Xəqani Abdullayev: «Azərbaycan bank sistemi bu ili mənfəətlə başa vuracaq»

Azərbaycan Mərkəzi Bankının baş direktoru Xəqani Abdullayev: «Azərbaycan bank sistemi bu ili mənfəətlə başa vuracaq»
# 14 oktyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan bank sisteminin 2009-cu ili mənfəətlə başa vuracağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə bankların kapital üzrə gəlirliyi (ROE) 20%, aktivlər üzrə gəlirliyi (ROA) isə 30% təşkil edir.

«Ümumiyyətlə, kapitallaşma bizim prioritet sahələrdən sayılır. Hazırda kapitalın adekvatlıq norması 12% olduğu halda, faktiki göstərici 19,6% təşkil edir».

X.Abdullayev həmçinin qeyd edib ki, ölkənin kiçik banklar qrupu ilə işin aparılması da AMB-nin prioritetlərinə aiddir. Baş direktorun fikrincə, kiçik banklar ölkədə ya qeyri-kredit təşkilatları kimi fəaliyyət göstərməli, ya da birləşib daha iri və daha stabil banka çevrilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR